Ana Sayfa > Karusel / Dünya > Rodriqes İngiltərədən Venesuelaya aid qızıl ehtiyatlarını qaytarmağı tələb edib

Rodriqes İngiltərədən Venesuelaya aid qızıl ehtiyatlarını qaytarmağı tələb edib


Bu gün, 08:48. Yazar: Admin

Delsi Rodrigez

 

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes İngiltərə Bankından ölkəyə məxsus qızıl ehtiyatlarının qaytarılmasını tələb edib.

Qarabaginfo.az xəbər verir ki, o, Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa bu istiqamətdə müvafiq tədbirlərə başlamaq barədə göstəriş verib.

Rodriqes İngiltərə Bankında saxlanılan qızılın Venesuela xalqına məxsus olduğunu və ölkəyə qaytarılmalı olduğunu vurğulayıb.

Məlumata görə, bankın anbarlarında Venesuelaya məxsus 31 ton qızıl saxlanılır. Onun dəyəri təxminən 4,8 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, qızıl ehtiyatları ətrafında mübahisə 2018–2019-cu illərdə, Böyük Britaniya və bir sıra digər ölkələrin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etməsindən sonra başlayıb. London ölkənin yeni rəhbərliyini tanımır və qızılı sanksiyaları əsas gətirərək qaytarmaqdan imtina edir.


Geri dön