Ana Sayfa > Karusel / Dünya > Vens Avropa ölkələrini ABŞ-ın innovasiyalarından faydalanmaqda ittiham edib

Vens Avropa ölkələrini ABŞ-ın innovasiyalarından faydalanmaqda ittiham edib


Bu gün, 08:44. Yazar: Admin

Vens Avropa ölkələrini ABŞ-ın innovasiyalarından faydalanmaqda ittiham edib

“Avropa ölkələri onilliklər ərzində ABŞ tibbi innovasiyalarının bəhrələrindən faydalanıb, eyni zamanda ABŞ vətəndaşları dərmanlara artıq pul ödəyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Vens mövcud dərman qiymətləri sisteminin uzun müddət amerikalıları əlverişsiz vəziyyətdə qoyduğunu vurğulayıb.

“Yadınıza salın: nənə və babalarımız, valideynlərimiz və özümüz uzun müddət dərmanlara həddindən artıq yüksək qiymətlər ödəmişik, Avropa ölkələri isə ABŞ-da yaradılan innovasiyalardan pulsuz faydalanıblar”, – deyə Vens bildirib.


Geri dön