Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin Komissiya sədrinə vaksin vuruldu

Milli Məclisin Komissiya sədrinə vaksin vuruldu


11-02-2021, 11:34. Yazar: Admin

Milli Məclisin İntizam Komissiyasının sədri  Eldar İbrahimov peyvənd olunub.

Bu barədə deputat Eldar İbrahimov özü məlumat verib.

O qeyd edib ki, özünü çox yaxşı hiss edir:

“Yarım saat olar ki, yaşadığım ünvanda vaksin vurdurdum. Özümü çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya yoxdur. 65 yaşdan yuxarı insanların peyvənd olunması mütləqdir. Hər bir deputat həmkarımı da vaksin vurdurmağa səsləyirəm”.

Qeyd edək ki, fevralın 8-dən başlayaraq 65 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına start verilib.

Məlumat üçün bildirək ki, parlamentin 65 yaşdan yuxarı deputatlarına  peyvənd olunmaları ilə bağlı SMS göndərilib. Bir neçə deputat bu məlumatı təsdiqləyib.Modern.az



Geri dön