Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Qarabaginfo.az-ın məlumatına görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub.
Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.
O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.