Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Ana Sayfa > Karusel / Dünya > Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq

Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq


Bu gün, 08:29. Yazar: Admin

Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq

Polşa Prezidenti Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının tikintisinin müzakirəsi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Barтоş Qrodecki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclası noyabrın 3-də saat 15:00-da keçiriləcək.

Qapalı formatda baş tutacaq iclasda milli təhlükəsizliklə bağlı aktual məsələlər, eləcə də Polşada ABŞ hərbi qüvvələrinin daimi bazasının tikintisi müzakirə olunacaq


Geri dön