Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
Telefon danışığı zamanı liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi prosesinə də toxunublar.
Ərdoğan bildirib ki, yeni Baş katib BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirmək üçün müvafiq baxışa və təcrübəyə malik olmalıdır.
Türkiyə Prezidenti həmçinin Makronu ölkəsində keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
Fransa Prezidenti isə Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.