Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib


Bu gün, 17:28. Yazar: Admin

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

Səfirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətləri, planlaşdırılan səfərləri və siyasi dialoqun daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Danışıqlarda xüsusilə Azərbaycan–Aİ əlaqələrinə və Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına edəcəyi sədrliyə geniş yer ayrılıb. Səfir Kestutis Vaşkeleviçius Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirməyə və irəli aparmağa hazır olduğunu vurğulayıb.

Görüşdə həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və Ukraynadakı son proseslər ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön