Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışığı apardığını təsdiqləyib
Ana Sayfa > Karusel / Dünya > Kreml Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışığı apardığını təsdiqləyib

Kreml Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışığı apardığını təsdiqləyib


Bu gün, 16:53. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin

 

Rusiya prezidenti Vladimir Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı Finlandiya və Norveç liderlərinin xahişi ilə baş tutub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, liderlər Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirib və onun köklü səbəblərini xatırladıb.

Rusiya prezidenti qeyd edib ki, Ukraynada ədalətli, uzunmüddətli sülh yalnız Rusiyanın maraqları nəzərə alındıqda mümkündür.

Putin Ukraynadakı münaqişəni uzadan NATO və Avropa İttifaqı ölkələrinin qarşıdurma siyasətinə diqqət çəkib.

O, Finlanlandiya və Norveç liderlərini ABŞ-ın vasitəçiliyi ilə Aleşki şəhəri ərazisində aparılan humanitar əməliyyat barədə məlumatlandırıb.

Putin və Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər.

Putin Stubb və Störe ilə söhbəti zamanı Baltik dənizində və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə edib.

Liderlər beynəlxalq dəniz hüququna və naviqasiya azadlığı prinsipinə riayət etməyin vacibliyini bir daha təsdiqləyiblər.


Geri dön