Moskva Serbiyada hakimiyyətə gələn yeni siyasi qüvvənin Rusiya ilə əməkdaşlığın Serbiya üçün faydalı olduğunu başa düşəcəyinə ümid edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə,Moskva Belqradla münasibətləri tam şəkildə inkişaf etdirməyə davam etmək niyyətindədir.
"Moskva hesab edir ki,Aleksandr Vuçiç Rusiya və Serbiya arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhvə verib. Ümid edirik ki, o, müxalifətdə olsa belə, bunu davam etdirəcək", Kremlin sözçüsü vurğulayıb.