Ukraynanın Rusiyanın Voronej vilayətinə kütləvi dron hücumu zamanı ölənlərin sayı üçə çatıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, dron hücumu nəticəsində yaralananların sayı isə 39 nəfərə çatıb.
Qubernator yaralananlar arasında 3 nəfərin uşaq olduğunu da bildirib.