Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Ana Sayfa > Karusel / Dünya > Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib

Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib


Bu gün, 08:33. Yazar: Admin

 

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin qalib gəldiyini etiraf edib.

Qarabaginfo.az xəbər verir ki, Vuçiç bu barədə Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ilkin seçki məlumatları müxalifətdəki “Tələbə siyahısı”nın üstünlük qazandığını göstərir.

“Çoxları təəccüblənəcək və bəzi insanların nə qədər yalan danışdığını anlayacaqsınız. Təbəqələşdirilmiş seçmə nəticələrinə əsasən, bu seçkilərdə məğlub olduğumuz aydındır”, – deyə Vuçiç bildirib.

Beləliklə, Vuçiç partiyasının seçkilərdə məğlubiyyətini qəbul edib.


Geri dön