Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Ana Sayfa > Karusel / Dünya > Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib

Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib


Bu gün, 08:15. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

ABŞ Ukraynaya tamhəcmli kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib və “Starshield” peyk rabitə sisteminə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

Qarabaginfo.az xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqtonun qərarı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, Zelenski ölkəsinin qarşılaşdığı əsas problemlərdən birinin hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı olduğunu bildirib.

Ukrayna Prezidenti ABŞ-da keçiriləcək aralıq seçkiləri zamanı “Starlink” peyk rabitəsi ilə bağlı yeni problemlərin yarana biləcəyini də istisna etməyib.


Geri dön