Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Ana Sayfa > Karusel / Dünya > ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib

ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib


Dünən, 21:31. Yazar: Admin

ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dizel yanacağının tədarükünə dair əldə olunan razılaşmanı müsbət qiymətləndirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfərindən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Onlar nefti bizə deyil, bütün dünyaya verdilər. Bu, çox yaxşı oldu”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp razılaşmanın konkret şərtləri, tədarükün həcmi və müddəti barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvanın ABŞ-a ixrac üçün nəzərdə tutulan dizel yanacağının bütün həcmini tədarük etməyə hazır olduğunu açıqlayıb.


Geri dön