Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Ana Sayfa > Karusel / Dünya > Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib


Bu gün, 20:54. Yazar: Admin

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral

 

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.

Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.

Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.


Geri dön