Uqanda Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə Konqo Demokratik Respublikasından qayıdan vətəndaşlar üçün 21 günlük karantin tətbiq edib.
Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kris Baryomunsi oktyabrın 25-də açıqlama verib.
Nazir bildirib ki, Uqandada hazırda Ebola epidemiyası qeydə alınmasa da, qonşu ölkələrdəki vəziyyətlə əlaqədar sərhəd-keçid məntəqələrində və Entebbe Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilib.
Məlumata görə, Keniyada və Nigeriyada Ebola aşkarlanan şəxslər daha əvvəl Uqandadan keçiblər.
Nigeriyada qeydə alınan yoluxma halının genetik analizi virusun Keniyada aşkarlanan ştammla yaxın əlaqəsini göstərib. Lakin xəstələr arasında birbaşa təmas təsdiqlənməyib.
Uqanda rəsmiləri virusun mümkün yayılma yollarını araşdırdıqlarını bildiriblər.