Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Ana Sayfa > Karusel / İdman > Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub

Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub


Bu gün, 19:52. Yazar: Admin

Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti dəfə dünya çempionu adını qazanıb.

Qarabaginfo.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.

Əzizli final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.


Geri dön