Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Ana Sayfa > Karusel / Dünya > Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT

Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT


Bu gün, 19:36. Yazar: Admin

Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılanların sayı 1314 nəfərə çatıb.

Qarabaginfo.az "Reuters“ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi oktyabrın 25-də məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, oktyabrın 24-də keçirilən aksiyalar zamanı 53 polis əməkdaşı xəsarət alıb, 75 yanğın hadisəsi qeydə alınıb, 24 mağaza qarət edilib.

Rəsmi məlumatlara görə, ölkə üzrə aksiyalarda 410 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 800 minə çatdığını bildirib.

Etirazlar zamanı Paris, Marsel, Lion və digər şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Aksiyaların təşkilatçıları oktyabrın 31-də yeni nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıblar.

 


Geri dön