Ana Sayfa > Karusel / Gündəm > Türkiyə və ABŞ donanmaları Qara dənizdə birgə təlimlər keçirir
Türkiyə və ABŞ donanmaları Qara dənizdə birgə təlimlər keçirir10-02-2021, 16:16. Yazar: Admin |
Türkiyə və ABŞ dəniz qüvvələri Qara dənizdə birgə təlimlər keçiriblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Türkiyə donanmasına məxsus “Turgutreis” və “Oruçreis” freqatları, ABŞ-ın “Porter” və “Donald Cook” döyüş gəmiləri, həmçinin Türk Hava Qüvvələrinin “F-16” təyyarələri və ABŞ-ın dəniz patrul təyyarələri iştirak edib. Təlimin məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək, habelə birgə əks-həmlə bacarıqlarını inkişaf etdirməkdir. Qeyd edək ki, Türkiyə bölgədə sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə 1 mart 2004-cü ildən bu günə qədər “Qara dəniz harmoniyası” əməliyyatlarını davam etdirir. Geri dön |