Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Ana Sayfa > Karusel / Dünya > Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər

Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər


Bu gün, 18:38. Yazar: Admin

Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Səudiyyə Ərəbistanındakı Kral Xalid adına hava limanını hərbi hədəf elan edib və aviaşirkətləri bu hava limanından istifadənin təhlükəli olduğu barədə xəbərdar edib.

Qarabaginfo.az xəbər verir ki, qruplaşma sözçüsü bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Husilərin silahlı qüvvələri bütün aviaşirkətləri, əməkdaşları və sərnişinləri ər-Riyaddakı Kral Xalid adına hava limanından istifadə etməməyə çağırır. Bu hava limanı qoşunlarımızın hərbi hədəfi olduğuna görə təhlükəsiz deyil”, - o bildirib.

Səriya hava limanının fəaliyyətini davam etdirməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub.


Geri dön