Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Ana Sayfa > Karusel / Dünya > İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb

İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb


Bu gün, 10:19. Yazar: Admin

İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb

İtaliyanın bir sıra şəhərlərində hökumətin siyasətinə, yanacağın bahalaşmasına, inflyasiyaya və hərbi xərclərin artırılmasına qarşı etiraz aksiyaları keçirilib. Turin, Bolonya və Florensiya kimi şəhərlərdə polislə toqquşmalar qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, Romada nümayişçilər İtaliyanın münaqişələrdə iştirakına, yenidən silahlanmaya, NATO-ya və İsrailin fəaliyyətinə etiraz ediblər.

Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. “Il Sole 24 Ore” qəzetinin məlumatına görə, üzərlərində təhlükəli əşyalar aşkarlanan 43 nəfər saxlanılıb.

Milanda aksiyaya təxminən 10 min nəfər qatılıb, ciddi insidentlər baş verməyib. Turində isə etirazçılar polisə butulka atıblar.

Ötən həftəsonu baş verən iğtişaşlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, zorakılığa çağırışların yayıldığı “17 Oktyabr Hərəkatı” ilə əlaqəli şəxslərdən biri saxlanılıb, ümumilikdə 200 ekstremist mövqeli nümayişçinin şəxsiyyəti müəyyən edilib.

Hökumət etirazlar zamanı zorakılıq və xuliqanlığa görə cəzaları sərtləşdirib. Milana əlavə 500 hərbçi göndərilib.

 


Geri dön