Misli Premyer Liqasında IX turun görüşləri davam edir.
Qarabaginfo.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Sumqayıtda keçirilib. “Şəfa” “Kəpəz”lə üz-üzə gəlib.
Oyunda hesab ikinci yarıda açılıb. Meydan sahibləri fərqləniblər. Lakin qonaqlar geridönüşə imza atmağı bacarıblar. Gəncə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Misli Premyer Liqası
IX tur
16:30. "Şəfa" – "Kəpəz" 1:2
“SOCAR Polymer Arena”
“Şəfa”: 97. Tiaqo Silva, 42. Elnur Cəfərov (k), 55. Rauf Hüseynli, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe, 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 18. Bafode Dansoko, 8. Vlad Pop, 22. Umar Diav, 7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
“Kəpəz”: 1. Rojerio Santos, 34. Urfan Abbasov (k), 10. Rəhman Hacıyev, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 66. David Domqjon, 11. Viktor Stina, 33. Benito, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 57. Amur Yusifov, 21. Azuma Abubakar, 3. Mahamadu Ba
Baş məşqçi: Azər Məmmədov