Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
Ana Sayfa > Karusel / İdman > Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb

Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb


Bu gün, 15:44. Yazar: Admin

Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kuboku başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, kişilərin yarışında Azərbaycanın “Vüqar Həşimov” klubu 10 xalla 10-cu yeri tutub.

Qadınların turnirində isə “Odlar Yurdu” klubu 10 xalla 3-4-cü yerləri bölüşüb. Əlavə göstəricilərə əsasən, təmsilçimiz yekun sıralamada 4-cü olub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu isə Avropa Klub Kubokunun qalibi olub.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı birinci lövhədəki şəxsi nəticələrinə görə bürünc medal qazanıb. “Odlar Yurdu”nun şahmatçısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb.


Geri dön