Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Ana Sayfa > Karusel / Dünya > Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib

Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib


Bu gün, 12:04. Yazar: Admin

Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib

Moldova hakimiyyəti ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşlarından birini ölkədən çıxarmaq qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Telenesti rayonunun Kiştelnitsa kəndində partlayıcı maddə daşıyan PUA-nın yaşayış evindən təxminən 100 metr məsafəyə düşməsi ilə əlaqədardır.

“Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulmasını və Telenesti rayonunun Kiştelnitsa kəndində baş vermiş insidenti qətiyyətlə pisləyir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Moldova Baş Polis Müfəttişliyinin ilkin məlumatına görə, hadisə zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

Hadisədən sonra Rusiya səfirliyinin əməkdaşlarından birinin persona non grata – arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması qərara alınıb.


Geri dön