Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Ana Sayfa > Karusel / Dünya > Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır

Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır


Bu gün, 11:53. Yazar: Admin

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı

 

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı etimadın qorunması iki ölkənin həmrəyliyinin davam etdirilməsi və Türk dünyasının ortaq gələcəyinin təmin olunması baxımından əvəzolunmazdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

Onun sözlərinə görə, türk dövlətləri arasındakı münasibətlər xaricdən formalaşdırılan siyasi layihələrə, geosiyasi hesablamalara və parçalanmaya yönəlmiş planlara sığmayacaq qədər dərin tarixi köklərə malikdir.

Bağçalı vurğulayıb ki, Türk dünyasının gələcəyi müstəqil dövlətlərin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, etimada və qardaşlıq prinsiplərinə əsaslanır.

MHP sədri gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün ortaq gələcək iradəsinin mühüm təzahürü olacağını bildirib.

O qeyd edib ki, Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevi Ankara sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin tarixi və strateji əhəmiyyətinin qorunması baxımından xüsusi önəm daşıyır.

“Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi proseslərdən və müvəqqəti fikir ayrılıqlarından daha üstündür. Bu münasibətlər ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqlarımızın mənəvi birliyi üzərində qurulub”, – deyə Bağçalı vurğulayıb.

MHP sədri dövlətlər arasında fərqli yanaşmaların və həllini gözləyən məsələlərin yarana biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, əsas məsələ bu problemləri qardaşlıq münasibətlərinə xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsinin nümayiş etdirilməsidir.

Bağçalı əlavə edib ki, Türk dünyasının gücü qarşılıqlı etimad və həmrəylikdən qaynaqlanır. O, türk dövlətlərinin birliyindən narahat olan qüvvələrin gözləntilərinin qardaş ölkələrin ortaq iradəsi qarşısında nəticəsiz qalacağını bildirib.


Geri dön