Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Ana Sayfa > Karusel / İqtisadiyyat > Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır

Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır


Bu gün, 11:51. Yazar: Admin

Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır

Almaniya yeraltı qaz anbarlarının doluluq səviyyəsinin ötən illə müqayisədə aşağı olması fonunda qış mövsümü üçün əlavə qaz ehtiyatları yaratmağa çalışır.

“Reuters“ agentliyinin Almaniyanın qaz bazarı operatoru “Trading Hub Europe” (THE) şirkətinə istinadən verdiyi məlumata görə, tədarük təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumilikdə 245 milyon avroya yaxın müqavilələr bağlanıb.

Bildirilib ki, 2027-ci ilin fevral və mart aylarında qaz tədarükünün təhlükəsizliyini təmin etmək üçün keçirilən xüsusi tenderlərə təxminən 107 milyon avro xərclənib.

Bundan əlavə, qaz nəqli şəbəkəsində mümkün ötürmə məhdudiyyətlərinin aradan qaldırılması üçün illik tenderlərə 137 milyon avro ayrılıb.

THE-nin məlumatına görə, müqavilələr qaz istehlakının kəskin artması ehtimalına qarşı ehtiyat tədbiri xarakteri daşıyır. Məqsəd şirkətləri qazı anbarlarda daha uzun müddət saxlamağa və zərurət yarandıqda əlavə həcmdə qaz vurmağa təşviq etməkdir.

Oktyabrın 21-nə olan məlumata əsasən, Almaniyanın yeraltı qaz anbarları cəmi 61,1 faiz dolu olub. Ötən ilin eyni dövründə bu göstərici 75,4 faiz təşkil edib.

Yeraltı qaz anbarları operatorlarının INES assosiasiyası xəbərdarlıq edib ki, qarşıdakı qış sərt keçərsə, ölkənin qaz ehtiyatları 2027-ci ilin fevral ayının əvvəlinədək tam tükənə bilər.

Ekspertlərin hesablamalarına görə, noyabrın 1-də anbarların doluluq səviyyəsi ən yaxşı halda 77 faizə çata bilər. Çox soyuq qış şəraitində isə bu həcm bütün istehlakçıların tələbatını ödəməyə kifayət etməyə bilər.


Geri dön