Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Ana Sayfa > Karusel / Dünya > Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib

Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib


Bu gün, 11:39. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişi əldə olunmayacağı təqdirdə hər iki ölkəyə qarşı 200 faizlik gömrük rüsumlarının tətbiqini mümkün hesab edib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.

ABŞ Prezidenti bildirib ki, gömrük rüsumlarından istifadə etməklə daha əvvəl bir neçə münaqişənin dayandırılmasına nail olduqlarını iddia edir.

“Biz rüsumlar sayəsində beş müharibəni başa çatdırdıq. Dedim ki, əgər döyüşləri davam etdirsəniz, sizə qarşı 200 faizlik rüsum tətbiq edəcəyik və onlar dayandılar. Yəqin ki, Ukrayna və Rusiya ilə də dərhal eyni addımı atmalıyıq”, – deyə Tramp bildirib.

Bununla belə, o, belə bir tədbirin effektivliyinə şübhə etdiyini də etiraf edib.

Trampın sözlərinə görə, ABŞ Rusiya və Ukraynadan kifayət qədər məhsul idxal etmədiyi üçün yüksək rüsumların tətbiqi gözlənilən nəticəni verməyə bilər.

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yaxın olduqlarına ümid etdiyini vurğulayıb.

 


Geri dön