Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazında iki neft tankeri minaya düşüb


Bu gün, 11:37. Yazar: Admin

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazının cənub hissəsində iki neft tankeri dəniz minalarına düşərək partlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayışlar baş verib.

SEPAH-ın məlumatına görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.

Qeyd olunub ki, tankerlər ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyıb.

Hadisə nəticəsində xəsarət alanlar və neft sızmasının olub-olmaması barədə məlumat verilməyib.


Geri dön