Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Ana Sayfa > Karusel / İnfrastruktur > Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar


Bu gün, 17:22. Yazar: Admin

yasamalda-sekiye-qanunsuz-mudaxile-aradan-qaldirildi

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb.

Belə ki, qanunsuz müdaxilələr aradan qaldırılıb, səkinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.



 


Geri dön