Ana Sayfa > Karusel / Gündəm > Ermənistan rəsmilərinin Qarabağ səfəri: Azərbaycan buna necə “stop” qoya bilər?    

Ermənistan rəsmilərinin Qarabağ səfəri: Azərbaycan buna necə “stop” qoya bilər?    


10-02-2021, 14:25. Yazar: Admin
    

Ermənistanın baş prokuroru Artur Davtyan Xankəndiyə qanunsuz səfər edərək, Qarabağ terrorçularının lideri Araik Arutyunyanla görüşdü. Rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq, Ermənistan rəsmilərinin regiona səfəri əvvəlki intensivliklə davam edir. Bəs diplomatik dildən anlamayan rəsmi Yerevanı təxribatçı addımlardan necə çəkindirmək olar?

 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, yalnız Qarabağda yaşayan ermənilərin gediş-gəlişinə icazə verilməlidir.

 

"Noyabrın 10-u imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya, Ermənistan vətəndaşlarının Xankəndidən keçmə haqqı var, amma bu, düzgün deyil. Oradan yalnız əllərində sənəd olan Dağlıq Qarabağ sakinlər keçməlidir. Bu cür məsələlər Rusiya ilə xüsusi olaraq danışılmalıdır. Ermənistan vətəndaşlarının Xankəndiyə, həmçinin digər azad edilmiş ərazilərə girişi qadağan olunmalıdır".

 

İlham İsmayıl vurğulayıb ki, Laçın dəhlizində rusiyalı sülhməramlılarla birgə azərbaycanlı sərhədçilər də dayanmalıdır:

 

“Ermənistan vətəndaşlarının ərazilərə girişi beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Məsələn, viza alaraq ərazilərə daxil ola bilərlər. Rəsmilərin gəlişi isə nəinki sərhədçilərlə, xüsusi olaraq dövlətlə razılaşdırılaraq həyata keçirilməlidir. Bu cür hallarla qarşılaşmamaq üçün Rusiya və Ermənistana sərt xəbərdarlıq edilməlidir. Bu gün artıq üçtərəfli bəyanatın 3 ayı tamam oldu. Biz öz mövqeyimizi sərt şəkildə ortaya qoymasaq, ərazilərə baş prokuror da, hətta Milandan terrorçular da gələr".

 Modern.az

 


Geri dön