Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib


Dünən, 16:19. Yazar: Admin

Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Saziş 2026-cı il sentyabrın 10-da Astana şəhərində imzalanıb.


Geri dön