Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Metrologiya İnstitutu və Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında Yol Xəritəsi imzalanıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan Metrologiya İnstitutu və Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında Yol Xəritəsi imzalanıb

Azərbaycan Metrologiya İnstitutu və Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında Yol Xəritəsi imzalanıb


Bu gün, 15:29. Yazar: Admin

Azərbaycan Metrologiya İnstitutu və Polşanın Mərkəzi Ölçülər İdarəsi arasında Yol Xəritəsi imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Polşa Respublikasının Mərkəzi Ölçülər İdarəsi (GUM) arasında ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə Yol Xəritəsi imzalanıb.

Qarabaginfo.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, sənədi AzMİ-nin baş direktoru Xamis Seyranov və GUM-un prezidenti Rafal Kepka imzalayıb.

Sözügedən sənəd etalonların tutuşdurma yolu ilə tədqiqi, beynəlxalq laboratoriyalararası tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemi sahəsində təcrübə mübadiləsi, texniki bilik mübadiləsi və kadr hazırlığı, birgə elmi konfrans və seminarların, habelə beynəlxalq standartlara dair təlimlərin təşkilini ehtiva edir.

Yol Xəritəsi çərçivəsində akustika, ultrasəs və vibrasiya, kütlə və əlaqəli kəmiyyətlər, uzunluq, vaxt və tezlik, sərf, elektrik və maqnetizm, fotometriya və radiometriya, ionlaşdırıcı şüalanma və kimya sahələri üzrə etalonların tutuşdurmalarda iştirakı, ölçmə metodlarının öyrənilməsi və texniki imkanların qiymətləndirilməsi nəzərdə tutulur.

Həmçinin sənəddə elektron sertifikat və aktlara birbaşa keçid metodları, rəqəmsal kalibrləmə sertifikatları və süni intellektin köməyi ilə qeyri-müəyyənliyin qiymətləndirilməsi üzrə bilik mübadiləsi ilə bağlı məsələlər də yer alıb.

Qeyd edək ki, daha öncə AzMİ ilə GUM arasında elmi və texniki əməkdaşlıq haqqında Memorandum imzalanıb. Yol Xəritəsi həmin Memorandumun icrasını təmin etməyə və əməkdaşlığı praktiki müstəviyə keçirməyə xidmət edir.


Geri dön