Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər hələ də itkindir
Ana Sayfa > Karusel / Dünya > Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər hələ də itkindir

Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər hələ də itkindir


Bu gün, 15:28. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen

 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu mülki gəmiyə zərbə endirilməsindən narahatlığını ifadə edib.

Qarabaginfo.az xəbər verir ki, Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.

“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.

Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.

Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.


Geri dön