Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vahid Mirzəyev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, V. Mirzəyev yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.