Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb
Ana Sayfa > Karusel / Qarabağ > Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb


Bu gün, 12:18. Yazar: Admin

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.

Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.

Doğma yurda qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.


Geri dön