Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təkliflər hazırlayıb
ABŞ Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təkliflər hazırlayıbBu gün, 10:08. Yazar: Admin |
|
ABŞ Ukraynada müharibənin nizamlanması ilə bağlı yeni təkliflər hazırlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Təkliflər planına Donbasda demilitarizasiya zonasının yaradılması daxildir. Plan çərçivəsində Rusiyaya sanksiyaların yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin bağlanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması təklif ediləcək. Ukraynaya isə NATO-ya üzv olmaqdan imtina etməsi müqabilində investisiyalar və Avropa İttifaqına üzvlük perspektivi vəd olunur. Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən işə salınması məsələləri də müzakirə edilir. Geri dön |