Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
Ana Sayfa > Karusel / Kriminal > Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə

Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə


Bu gün, 10:01. Yazar: Admin

olimpiya-kompleksinin-direktoru-hebs-edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Geri dön