Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Ana Sayfa > Karusel / Dünya > KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb

KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb


Bu gün, 08:47. Yazar: Admin

Taalatbek Masadıkov

 

“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, KTMT üzv ölkələrə təşkilatın fəaliyyəti ilə bağlı sənədlər göndərir, lakin Ermənistan tərəfi müzakirələrdə və qərarların qəbulunda iştirak etmir.

Bununla belə, İrəvan məhdud formatda qərarların qəbuluna etiraz bildirmir və təşkilatın işinə mane olmur.

Masadıkov onu da qeyd edib ki, Ermənistan təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə də qatılmır, yalnız həftəlik hesabatları dinləyir.

Baş katib hesab edir ki, bu vəziyyət KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqəlidir və Ermənistan faktiki olaraq təşkilatdan özü çıxıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxmasının tərəfdarı olduğunu bildirib və belə bir qərarın qəbul edilməsindən məmnun qalacağını deyib.


Geri dön