Ana Sayfa > Karusel / Dünya > Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb

Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb


Bu gün, 21:43. Yazar: Admin

ABŞ-ın vitse-prezidenti Cey Di Vens

 

Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.

Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.

ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.

“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.


Geri dön