Rusiyanın Qara dənizdə gəmiçiliyə qarşı artan hücumları regional və qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır.
Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku ilə telefon danışığı zamanı bildirib.
Kallas və Nekulesku Qara dəniz regionunda NATO-nun mövcudluğunun gücləndirilməsi məsələsini müzakirə ediblər.
Tərəflər, həmçinin Qara dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin mümkün qədər tez fəaliyyətə başlamasının vacibliyini vurğulayıblar.