Ana Sayfa > Karusel / Dünya > İran TŞ katibi: Bab əl-Məndəb boğazının bağlanılmasına görə Tehran yox, husilər məsuliyyət daşıyır

İran TŞ katibi: Bab əl-Məndəb boğazının bağlanılmasına görə Tehran yox, husilər məsuliyyət daşıyır


Bu gün, 14:41. Yazar: Admin

İran TŞ katibi: Bab əl-Məndəb boğazının bağlanılmasına görə Tehran yox, husilər məsuliyyət daşıyır

İran “Ənsarullah”la (husilər) birlikdə Bab əl-Məndəb boğazının bağlanılması üçün müştərək qərar vermir.

“Tasnim”in xəbərinə görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi deyib.

“İran Hörmüz boğazı ilə bağlı verdiyi qərarlara görə, “Ənsarullah” isə Bab əl-Məndəbdə verdiyi qərarlarla bağlı məsuliyyət daşıyır. Biz Bab əl-Məndəb boğazının gəmiçiliyə bağlanması üçün “Ənsarullah”la birgə qərar vermirik”, - Rezayi bildirib.

O, husilərin İranın hərbi birləşməsi olmadığını, özünün müstəqil hərəkət etdiyini əlavə edib.


Geri dön