Ana Sayfa > Karusel / Siyasət > Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq


Bu gün, 13:59. Yazar: Admin

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan müxalifəti bu məsələnin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun nəticə verməyəcəyi təqdirdə, digər ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsini nəzərdən keçirəcəklərini deyib.

“Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi məsələsi baxımından vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirəcəyik”, – Baş nazir bildirib.


Geri dön