Stiven Habbard ABŞ-a qayıdır, o, tezliklə öz ailəsinin yanında olacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, ABŞ bunun qarşılığında Rusiyaya heç nə verməli deyil.
ABŞ Prezidentinin sözlərinə görə, bu, Rusiya üçün misli görünməmiş bir hadisədir və bunun müqabilində heç bir mübadiləyə ehtiyac olmayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü zamanı Rusiyada muzdlu fəaliyyətə görə məhkum edilmiş amerikalı Stiven Habbardın azad edildiyini bildirib.
Xatırladaq ki, ABŞ vətəndaşı Stiven Xabbard Rusiyada Ukrayna tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunaraq həbs edilib. O, 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində saxlanılıb, 2024-cü ilin oktyabrında Moskva məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Xabbardın azadlığa buraxılması ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra gündəmə gəlib.