Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq

Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq


Bu gün, 13:02. Yazar: Admin

Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq

Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan ilk tanker oktyabrın 22-də yola salınacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

Onun sözlərinə görə, tankerin daşıdığı yükün həcmi 40 min ton təşkil edir.

“Biz imkanlarımız çərçivəsində ABŞ-ın dizel yanacağına olan tələbatını ödəyəcəyik. Növbəti tankerlər də yaxın vaxtlarda ABŞ-a göndəriləcək”, – Novak bildirib.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü məsələsi oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra gündəmə gəlib. Tramp Rusiyanın ABŞ və beynəlxalq bazarlara dizel yanacağı tədarük etməyə razılaşdığını açıqlayıb.


Geri dön