Ana Sayfa > Karusel / Siyasət > Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub

Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub


Bu gün, 12:49. Yazar: Admin

Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne De Yonq AAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Görüş zamanı Niderland Krallığının Xarici İşlər Naziri Tom Berendsenin Azərbaycana planlaşdırılan səfəri, Azərbaycan–Niderland münasibətlərinin cari vəziyyəti və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında bu cür görüşlər Niderland və Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.


Geri dön