Şimali Koreya Rusiyanın Tatarıstan bölgəsində yerləşən “Alabuqa” xüsusi iqtisadi zonasında “Şahed” tipli zərbə dronlarının yığılmasında işləmək üçün 12 min vətəndaşını Rusiyaya göndərib.
“UNIAN“ xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) və Corc Buş adına İnstitutun birgə hesabatında bildirilib.
Hesabat müəlliflərinin qiymətləndirməsinə görə, Şimali Koreya vətəndaşları saatda 2,5 dollar əməkhaqqı alırlar. Bununla belə, onların qazancının 70–90 faizi Şimali Koreya hökuməti tərəfindən mənimsənilir.