İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la danışıqlarda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsini və “başlanan işin tamamlanmasını” tələb edir.
Bu barədə “Financial Times” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə Vaşinqtonun noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl eskalasiya xarakterli addımlar atmayacağını bildirib.
FT yazır ki, İranla hərbi əməliyyatların potensial olaraq yenidən başlaması barədə müzakirələr Tehrana təzyiq göstərmək və ondan güzəştlər əldə etmək məqsədi daşıyan taktiki gediş də ola bilər.
Məlumata görə, Netanyahu ABŞ-la təmaslarında İranla bağlı “başlanan işi tamamlamaq” mövqeyini müdafiə edir.