Ana Sayfa > Karusel / İqtisadiyyat > Neftimiz bu gün də bahalaşdı

Neftimiz bu gün də bahalaşdı


Bu gün, 10:28. Yazar: Admin

neftimiz-bu-gun-de-bahalasdi

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 dollar və ya 0,97% artaraq 119,68 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 118,53 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Geri dön