ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü müsbət qiymətləndirib.
Bu barədə "Reuters" məlumat yayıb.
Rubio bildirib ki, Uitkoff görüşün nəticələri barədə Rusiya tərəfini məlumatlandıracaq.
ABŞ dövlət katibi həmçinin Vaşinqtonun Ukraynanın müharibə səyləri üçün mühüm əhəmiyyət daşıyan “SpaceX” şirkətinin “Starlink” peyk rabitə sisteminə Kiyevin çıxışını məhdudlaşdırmadığını deyib.
Rubionun sözləri ABŞ hökumətinin Ukrayna hərbçiləri üçün “Starlink” xidmətinin fəaliyyətinin zəiflədilməsində rol oynadığı barədə yayılan məlumatlarla ziddiyyət təşkil edir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff artıq Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburq şəhərinə gəlib.