Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda gəmi-bərələri ilə sərnişin daşımaları 14% artıb

Azərbaycanda gəmi-bərələri ilə sərnişin daşımaları 14% artıb


Bu gün, 10:22. Yazar: Admin

Azərbaycanda gəmi-bərələri ilə sərnişin daşımaları 14% artıb

2026-cı ilin yanvar–sentyabr aylarında AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmi-bərələri ilə 21 939 nəfər sərnişin daşınıb.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında gəmi-bərələrlə 19 289 nəfər sərnişin daşınıb.

Təkcə bu ilin sentyabr ayında isə ASCO-nun gəmi-bərələri ilə 2 907 nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 40% çoxdur. 2025-ci ilin sentyabrında bu göstərici 2 076 nəfər təşkil edib.


Geri dön