Ana Sayfa > Karusel / Siyasət > Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir


Bu gün, 10:19. Yazar: Admin

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, investisiya imkanları və Orta Dəhlizin perspektivləri müzakirə olunur.

Forum çərçivəsində “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026”, həmçinin ölkədə ticarət sektorunun inkişafına dair tədqiqat hesabatının təqdimatı nəzərdə tutulub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.


Geri dön